Paytaxt təmsilçisi ərəbələrə şans vermədi
Antalyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” 2015-ci ildə ilk yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, komanda Səudiyyə Ərəbistanının “Hajer” klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt klubu Samir Məsimovun vurduğu qolla hesabı erkən açıb. İkinci hissənin əvvəlində “ağ-qaralar”ın yeni transferi Rauf Əliyev fərqlənib. 60-cı dəqiqədə Aldosan penaltini dəqiqi yerinə yetirərək hesab arasında fərqi azaldıb. Oyunda son nöqtəni dubı edən Rauf Əliyev qoyub.
14 yanvar
“Neftçi” (Azərbaycan) - “Hajer” (Səudiyyə Ərəbistanı) 3:1
Qollar: Samir Məsimov, 3, Rauf Əliyev, 50, 63 - Abdulhadi Aldosari, 60-pen
saytlarin hazirlanmasi