Moskvada da bir "Qarabağ"ımız var

13:40 - 15 Yanvar 2015

Öz maddi hesabına fəaliyyətini davam etdirən "Qarabağ"

 

2013-cü il yanvarın 10-da Moskvada bizim həmvətənlərdən ibarət Qarabağ adlı komanda yaranıb. Komanda əsas Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdi. Öz çıxışını Moskva Mini-Futbol Həvəskar Liqasının Şərq Divizionunda başlayıb..İlk ilindəcə komanda divizionun və "Silver Cup" kubokunun qalibi olub. Sonra isə həmin ilin may ayında "Lyujniki” stadionunda keçirilən futbol spartakiadasında 96 komanda arasinda 3-cü yerə layiq görülüb. Bu nəticələrə biganə qalmayanlar da olub. Belə ki, komandanın 4 üzvü: Abdinov Pərviz. Rza-Zade Sarxan, Revunov Aleksandr ve Elnur Vəliyev, Razan şəhərində keçirilən ənənəvi futbol turnirində Azərbaycan diasporunun Razan şəhərinin "Kaspiy" komandasından iştirak etmək dəvəti alıblar. Qeyd etmək istəyirik ki, "Kaspiy" komandası turnirin də qalibi oldu. Əsas məqam isə turnirin yarımfinalında “Ararat” komandasına qalib gələrək finala yüksəlmələri olub. Turnirin ən yaxşı müdafiəçisi adına isə Moskva “Qarabag”ının oyunçusu Abdinov Pərviz layiq görülüb.Yay fasiləsindən sonra isə komanda yenidən Moskva Mini-Futbol Həvəskar Liqasının Şərq Divizionunda başlayaraq çempionatda 2-ci yeri tutublar.

 

Sportal.az xəbər verir ki, sonradan komanda maliyyə problemləri səbəbindən öz çıxışını dayandırıb və 2014 ilin dekabrın 20-də yenidən öz maddi hesablarına bərpa edilib.

 

Dekabrın 20 də “Lyujniki” stadionunda “Moskva futbol günü” turnirində öz qüvvəsini sınayan komanda 150 klub sırasında 9-cu yerə layiq görülüb. 2015-ci ilin yanvarın 10-da  komandanın iki ili tamam olur. Bu iki il ərzində onlar layiqincə Moskvada adımızı, Azərbaycanımızı, Qarabağımızı layiqincə təmsil edib və bundan sonra da davam etdirmək niyyətindədirlər. Moskvada Azərbaycan Diasporundan və “Qarabağ” klubundan dəstək gözləyən "Qarabağ"ımız var!

Xəbər xətti