Paytaxt təmsilçisinin rəqibi dəyişdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin yanvarın 17-də keçirəcəyi yoxlama oyunundakı rəqibi dəyişib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi” həmin tarixdə əvvəlcədən planlaşdırıldığı kimi İranın “Fulad” klubu ilə yox, Türkiyə Superliqasında mübarizə aparan “Kayseri Ərciyəsspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
İran təmsilçisi isə “Neftçi”nin əvəzedici heyəti ilə üz-üzə gələcək.