“Neftçi”nin qapıçıları Antalyadakı hazırlıqdan danışdı
"Neftçi" Antalya hazırlığını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın düşərgəsində 3 qapıçı - Saşa Stamenkoviç, Aqil Məmmədov və Maksim Vaylo qapıçılar üzrə məşqçi Pavels Doroşevsin rəhbərliyi altında hazırlıq keçib.
“Flaqman”ın qapıçıları onlar barədə hazırlanan videomaterialda bunları söyləyiblər:
Pavels Doroşevs: "Baş məşqçinin proqramına əsasən məşqlərimizi davam etdiririk. Futbolçular bütün tapşırıqları yüz faiz yerinə yetirirlər. Açığı hər şeyin bu qədər yaxşı alınacağını gözləmirdim. Məşq üçün hər bir şərait yaradılıb. Meydança ideal vəziyyətdədi. Buna görə klub prezidenti Sadıq müəllimə təşəkkürümü bildirirəm. Çempionatın ikinci hissəsinə yüksək əhval-ruhiyyə ilə hazırlaşırıq. Hər şey əladı. Qapıçılarımızdan ikisi təcrübəlidi. Bu yaşda onlar üçün nəyisə kökündən dəyişmək yanlış olardı. Çalışırıq onlar öz güclü tərəfləri ilə zəif cəhətlərini sığortalasınlar. Maksim Vaylonu isə müəyyən qədər istiqamətləndirmək lazımdı. Aqil Məmmədova gəldikdə isə o əla qapıçıdı və məni yaxşı mənada təəccübəndirdi. Düşünürəm ki, o, Saşa Stamenkoviçlə yüz faiz rəqabət apara biləcək”.
Aqil Məmmədov: "Birinci oyun olduğu üçün komandaya uyğunlaşmaq müəyyən qədər çətin idi. Çünki neçə il "Bakı"da oynamışam və "zolaqlılar"dan sonra ilk komandam "Neftçi"di. Şükür Allaha pis alınmadı, birinci oyunumuzda qələbə qazandıq. İnşallah, çalışacağıq ki, burdakı oyunlarda qələbə qazanaq və çempionata həvəslə gedək. Komandada yeni olduğum üçün çətinlik çəksəm də, düçünürəm ki, oynadıqca düzələcək".
Saşa Stamenkoviç: "Hazırlığın ilk mərhələsi ağır məşqlərdən ibarətdi. Vaxt keçdikcə daha yaxşı durumda olacağıq. Əsas odur ki, hazırlığın sonuna kimi heç kəs zədə almasın və hamı hazır vəziyyətdə Bakıya qayıtsın. Aqilə və Maksimə böyük hörmətim var. Rəqabətin olması normaldı. Belədə hər qapıçı ən yaxşı olmağa çalışır".
saytlarin hazirlanmasi