"Rəqabətin olması normaldır"
"Hazırlığın ilk mərhələsi ağır məşqlərdən ibarətdir. Vaxt keçdikcə daha yaxşı durumda olacağıq. Əsas odur ki, hazırlığın sonuna kimi heç kəs zədə almasın və hamı hazır vəziyyətdə Bakıya qayıtsın".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib, komandanın digər qapıçıları Aqil Məmmədov və Maksim Vayloya böyük hörməti var:
"Rəqabətin olması normaldır. Belədə hər qapıçı ən yaxşı olmağa çalışır."
saytlarin hazirlanmasi