Şəhidlərin əziz xatirəsi yad ediləcək
“Neftçi” Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçular oyuna qara sarğı ilə çıxacaq.
saytlarin hazirlanmasi