"Neftçi" Cavid İmamverdiyevin komandasına qarşı

14:15 - 20 Yanvar 2015

Komandanın rəqibi dəyişdi
 
“Neftçi” klubunun bu gün Antalya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi üçüncü yoxlama oyunundakı rəqibi dəyişib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşmaqdan imtina edib. 
 
Buna Türkiyənin "Elazığspor" klubundan gələn təklif səbəb olub. Beləliklə, komanda bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən azərbaycanlı futbolçu Cavid İmamverdiyevin icarə əsasında çıxış etdiyi "Elazığspor"la üz-üzə gələcək.
 
Qeyd edək ki, qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və "Neftçi"nin futbolçuları oyuna qara sarğı ilə çıxacaq.

Xəbər xətti