Suşiç "İnter"də oynamaq istəyir

13:45 - 21 Yanvar 2015

Yarımmüdafiəçi A Seriyada?

 

Xorvatiyanın "Xayduk" komandasının 22 yaşlı bosniyalı yarımmüdafiəçisi Tino Suşiç karyerasını İtaliyada davam etdirmək istəyir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suşiçin agenti Sabatino Dorento öz açıqlamasında futbolçunun yalnız "İnter"dən gələn təklifi dəyərləndirdiyini və ancaq orada oynamaq istədiyini bildirib.

 

Qeyd edək ki, "İnter"lə yanaşı "Yuventus" da Suşiçi heyətinə qatmaq niyyətindədir.

Xəbər xətti