AZAL bu dəfə "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək

14:30 - 21 Yanvar 2015

Yoxlama matçı

 

Sabah AZAL və "Bakı" klubları yoxlama oyununda üz-üzə gələcəklər. 

 

Sportal.az xəbər verir ki, "AZAL  Arena"da baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, AZAL bundan öncə "Sumqayıt"la iki yoxlama oyunu keçirib və bunlardan biri 0:0, digəri isə 1:0 hesabıyla "təyyarəçilər"in xeyrinə başa çatıb. "Qaradağ Lökbatan"la da görüş sülhlə bitib - 2:2. "Bakı" isə "Sumqayıt"a 1:5, "İnter"in əvəzedici komandasına 0:2 hesabıyla uduzub.

Xəbər xətti