"Çelsi" Kuadrado üçün 27 milyon avro təklif göndərdi

14:50 - 21 Yanvar 2015

Yarımmüdafiəçi Premyer Liqada?

 

"Fiorentina"nın kolumbiyalı yarımmüdafiəçisi Xuan Kuadrado karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu üçüm "Çelsi" 27 milyon avro təklif göndərib.

 

Qeyd edək ki, "Volsfuburq"un Andre Şürle üçün 30 milyon avro təklif göndərməsindən sonra, həmin mövqeyə əvəzləyici axtaran "zadəganlar" Kuadradonun transferində iddialıdır.

Xəbər xətti