İntizam Komitəsinin iclası
AFFA-nın İntizam Komitəsi bu gün keçirdiyi iclasda bir sıra qərarlar qəbul edib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən sizi həmin təyinatlarla tanış edir:
25 dekabr 2014-cü il U-16 Liqasının AZAL – Simurq matçının 80+2-ci dəqiqəsində Simurq klubunun 13 №-li futbolçusu Tural Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 dekabr 2014-cü il U-16 Liqasının “Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Bakı” klubunun 8 №-li futbolçusu Aslan İsmayılov və “Xəzər Lənkəran” klubunun 11 №-li futbolçusu Taryel Mirzəyev rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 3 oyun cəzalanır (maddə 42.1).
U-14 Liqası “Dinamo” (Yardımlı) klubunun futbolçusu Cavidan Bağışlı adlı oyunçunun sənədlərinin saxta olması aşkar olunmuşdur. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara “Dinamo” klubuna texniki məğlubiyyət verilir.
20 dekabr 2014-cü il Futzal üzrə Azərbaycan birinciliyinin “Kövsər” – “Yol” matçının 19-cu dəqiqəsində “Yol” klubunun 9 №-li futbolçusu Əsgər Əsədov və “Kövsər” klubunun 10 №-li futbolçusu Mehman Məmmədov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 38.2).
17 yanvar 2015-ci il Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “Titan” matçının 50-ci dəqiqəsində “Titan” klubunun 8 №-li futbolçusu Elçin Abdullayev və “Ulduz” klubunun 10 №-li futbolçusu İntiqam Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır (maddə 48). Oyunun 50-ci dəqiqəsində “Titan” klubunun 8 №-li futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
saytlarin hazirlanmasi