"Puldan imtina edərəm"
	 
	"Atletiko"nun baş məşqçisi Dieqo Simeone maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. 
	 
	Sportal.az xəbər verir ki, FİFA-nın rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis bunları söyləyib: 
	 
	"Real Madrid"dən və Braziliya milli komandasından təklif gəlsə heç vaxt qəbul etmərəm. O komandalar mənə çoxlu məbləğ təklif etsələr də həmin puldan imtina edərəm. Mən Argentina milli komandasında çalışmaq istəyirəm. Ümid edirəm ki, bu arzum reallaşacaq.
                      
saytlarin hazirlanmasi