Bakı klubu I divizion təmsilçisinə qarşı

19:00 - 21 Yanvar 2015

AZAL "ŞUŞA" ilə qarşılaşacaq
 
Təlim-məşq toplanışını Bakıda keçirən AZAL artıq 3 yoxlama oyunu keçirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ilk 2 matçda “sülh” bağlayan (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) "təyyarəçilər" bazar ertəsi “Sumqayıt” üzərində qələbə qazandı – 1:0.
 
Sabah “Bakı” ilə qarşılaşacaq “təyyarəçilər” daha bir oyun keçirməyi məqsədəuyğun bilib. Yanvarın 24-də “AZAL Arena”da baş tutacaq görüşdə rəqib 1-ci divizion təmsilçisi “Şuşa” olacaq.

Xəbər xətti