"Xəzər Lənkəran" böyük hesabla məğlub oldu

21:00 - 21 Yanvar 2015

Yoxlama matçı
 
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün növbəti yoxlama matçını keçirib. 
 
Sportal.az xəbər verir ki, komanda Rumıniyanın "Universitatya" (Krayova) klubu ilə qarşılaşıb. Cənub təmsilçisi bu matçda böyük hesabla uduzub.
 
Qeyd edək ki, Elbrus Məmmədovun komandası bundan əvvəlki yoxlama oyunlarında Türkiyənin "Təkirdağspor" klubu ilə sülh bağlamış (2:2), Almaniya "Kemnitser"i (0:2) və Ukrayna "Metallurq"una (1:2) məğlub olmuşdu.
 
Yoxlama oyunu
21 yanvar
 
"Xəzər Lənkəran" - "Universitatya" - 0:3

Xəbər xətti