Yanvarın 25-dək...
FİFA təlimatçısı Aleksey Spirin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlərin düşərgəsinə gedib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, təlimatçı hakimlərin nəzəri məşğələlərində iştirak edir.
Öz təcrübəsini hakimlərimizlə bölüşən məsul şəxs son yeniliklər barədə məlumat verir. A.Spirin yanvarın 25-dək Antalya şəhərində olacaq.