Yoxlama matçı
Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Arif Əsədovun komandası Antalyada Rumıniyanın "Petrolul" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Maraq üçün bildirək ki, "Petrolul"u hazırda "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik çalışdırır.
Qeyd edək ki, "Neftçi" bundan öncə Səudiyyə Ərəbistanının "Hajer" (3:1), Türkiyənin "Kayseri Ərciyəsspor" (0:0) və "Elazığspor" (0:1), eləcə də Ukraynanın "Volın" klubları ilə qarşılaşmışdı.
18:00. "Neftçi" - "Petrolul"
saytlarin hazirlanmasi