Siyahıda 10 mütəxəssis yer alıb
	
	Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü il üçün milli komandalarda işləyən ən yaxşı məşqçilərin siyahısını açıqlayıb.
	
	Sportal.az qurumun saytına istinadən xəbər verir ki, ötən il Almaniya millisi ilə  "DÇ-0214"ün kubokunu qazanan Yoahim Löv ilk pillədə qərarlaşıb.
	
	Həmin siyahını diqqətinizə çatdırırıq:
	
	1.Yoahim Löv (Almaniya) - 220 xal
	
	2. Alexandro Sabelya (Argentina millisinin sabiq baş məşqçisi) - 71 xal
	
	3. Lui van Qal (Hollandiya millisinin sabiq çalışdırıcısı) - 38 xal
	
	4. Xose Pekerman (Kolumbiya) - 31 xal
	
	5. Xorxe Luis Pinto (Kosta-Rika) - 19 xal
	
	6. Xorxe Sampaoli (Çili) - 18 xal
	
	7 Migel Herrera (Meksika) - 15 xal
	
	8. Mark Vilmots (Belçika) - 9 xal
	
	9. Didye Deşam (Fransa) - 8 xal
	
	10. Stiven Keşi (Nigeriya millisinin sabiq baş məşqçisi) - 1 xal
 
      
                    