"Neftçi" Mirça Rednikin komandasına qalib gəldi

22:00 - 23 Yanvar 2015

Yoxlama matçı

 

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, komanda Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşıb.

 

Maraq üçün bildirək ki, "Petrolul"u hazırda "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik çalışdırır. Bu komanda ilə görüş "ağ-qaralar"ın minimal hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, "Neftçi" bundan öncə Səudiyyə Ərəbistanının "Hajer" (3:1), Türkiyənin "Kayseri Ərciyəsspor" (0:0) və "Elazığspor" (0:1), eləcə də Ukraynanın "Volın" klubları ilə qarşılaşmışdı.

 

Yoxlama oyunu
23 yanvar

 

"Neftçi" - "Petrolul" - 1:0
Qol: D.Silva, 36

Xəbər xətti