"Hər zaman onların nəticələrini izləyirəm"
“Xəzər Lənkaran”ın sabiq baş məşqçisi, hazırda Ruminyanın “Petrolul” klubunu çalışdıran Miça Rednik “Neftçi” ilə yoxlama oyunundan sonra müsahibəsi.
- “Xəzər Lənkaran”da işlədiyiniz müddətdə “Neftçi” ilə oyunlarınız öz prinspiallığı ilə seçilirdi...
- “Neftçi” çox yaxşı komandadır. Komandamla onlar arasında oyun ritminin fərqini gördük. Biz Antalyaya yenicə gəlmişik. “Neftçi” isə artıq uzun müddətdir buradadır. Bir həftədən sonra Azərbaycan çempionatında III dövrənin oyunlarına start veriləcəyi üçün "Neftçi" bizə nisbətən daha hazırlıqlı idi. Bu komanda çox yaxşı təşkil olunub. Bəzi oyunçularını Azərbaycanda işlədiyim vaxtlardan tanıyıram. Onlar komandamla oyunda da çox yaxşı formada idilər.
- Bir vaxtlar aranızda xoşagəlməz hadisələr yaşanan Julios Vobayla söhbət edirdiniz.
- Mən ondan Azərbaycan və “Neftçi” haqqında soruşdum. O da məndən komandam haqqında məlumatlar öyrəndi. Vobay “Neftçi” ilə müqaviləsinin bitmək üzrə olduğunu söylədi. Mən də onunla birgə işləyə biləcəyimi söylədim.
- Siz “Xəzər Lənkaran”nın baş məşqçisi olduğunuz vaxtlarda da“Neftçi”ni Arif Əsədov çalışdırırdı. Yenidən onunla üz-üzə gəldiyinizdə nə fikirləşdiniz ?
- Arif Əsədovla bir-birimizi əvvəlcədən yaxşı tanıyırdıq. Mən həmin vaxtlar və xüsusən də “Xəzər Lənkaran” üçün çox darıxmışam. İndi bilirəm orada vəziyyət necədir. Hər zaman onların nəticələrini izləyirəm. Onların bu vəziyyəti məni qane etmir.
- Azərbaycan çempionatının hazırkı səviyyəsini necə dəyərləndirirsiniz? Sizin işlədiyiniz dönəmlə müqayisədə eniş varmı?
- Mən elə fikirləşmirəm. “Qarabağ”a baxın! Bir komanda olaraq Avropada səviyyəsini göstərdi. “Xəzər Lənkaran”, “İnter” və “Neftçi” də çox yaxşı komandalardır. Çox yaxşı məşqçilər tərəfindən idarə olunurlar. Azərbaycanda futbol inkişaf edir. ”Petrolul” da çox yaxşı komadadır. Ötən il Avropa Liqasında oynayıb. “Neftçi bu komandaya qarşı çox yaxşı oyun sərgilədi.
- Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki barədə nə düşünürsüz ?
- Bir az çətin sualdır. Çünki onu şəxsən tanımıram. Məşqçi kimi necə olduğunu da bilmirəm. Azərbaycanda çox yaxşı futbolçular var və inanıram ki, çox gözəl milli komanda təşkil edəcək. Çünki azərbaycanlılar öz ölkələri ilə hər zaman fəxr edirlər. Onlar vətənini çox sevir. Düşünürəm ki, Prosineçki də bu sevgidən maksimum yararlana bilər. Normalda sizin futbolçular Avropanın böyük klublarında da oynamalıdır.
- Nə vaxtsa yenidən Azərbaycana dönmək haqqında fikirləşirsinizmi ?
- Bəli, bu haqda düşünürəm və əminəm ki, bir gün yenidən ölkənizdə işləyəcəm.
Mənbə:qol.az
saytlarin hazirlanmasi