Məhərrəmovun komandası Şükürovun klubuna qalib gəldi

16:35 - 26 Yanvar 2015

"Adanaspor" "Karşıyaka"ya qarşı
 
Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Cəmşid Məhərrəmovun yenicə transfer olunduğu "Adanaspor"la digər həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb.
 
Cəmşidin çıxış etdiyi komanda Mahirin klubunu doğma meydanda qəbul edib. Qarşılaşma "Adanaspor"un 2:1 hesablı qələbəsiylə başa çatıb.
 
Mahir Şükürov start heyətdə meydana çıxıb və 90 dəqiqə oyunda olub. Cəmşidin adı isə matçın iştirak ərizəsinə salınmayıb.
 
 
Qeyd edək ki, "Adanaspor" turnir cədvəlində 20 xalla 13-cü, "Karşıyaka" isə 25 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti