"Qalatasaray" əsas hücumçusunu itirdi

19:25 - 26 Yanvar 2015

Futbolçu xəsarət alıb
 
Türkiyənin “Qalatasaray” klubu ciddi itkiyə məruz qalıb.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Burak Yılmaz yenidən sıradan çıxıb.
 
29 yaşlı futbolçu dünən Türkiyə Superliqasının 17-ci turunda “Rizəspor”la oyunun 81-ci dəqiqəsində zədələnib. Hücumçunun yaşıl meydanlara nə vaxt dönəcəyi bəlli deyil. 
 
Qeyd edək ki, Burak bu mövsüm Superliqada çıxdığı 16 matçda 11 qol vurub.

Xəbər xətti