"Qalatasaray"ın istədiyi hücumçu La Liqa-da

19:00 - 27 Yanvar 2015

Kempbel  "Vilyarreal"da
 
İspaniyanın "Vilyarreal" klubu heyətini gücləndirib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Arsenalın" futbolçusu Joel Kempbeli icarə əsasında heyətinə cəlb edib. 22 yaşlı futbolçu ötən mövsüm "Olimpiakos"da çıxış edib və 11 qol vurub.
 
Qeyd edək ki, Kosta Rika millisində də şərəfini qoruyan futbolçunu "Qalatasaray"da transfer etmək istəyirdi.

Xəbər xətti