Baş məşqçidən açıqlama
"Qarabağ" bizim üçün güclü rəqibdir. Onlar Avropa Liqasının 1/16 finalında oynaya bilərdilər. Lakin mübahisəli qərara görə bu şansı itirdilər".
Sportal.az xəbər verir ki, bu sözləri "Legiya"nın baş məşqçisi Henninq Berq "Qarabağ"la yoxlama oyunundan sonra deyib.
Norveçli mütəxəssis bu oyunda gənc və yeni futbolçulara şans verdiyini bildirib: "Bu görüşdə gənc və yeni futbolçular oynadı. Məğlubiyyətə baxmayaraq onların oyunundan razı qaldım. Çempionatın ikinci dövrəsinə qədər komandanın tam hazır olacağına inanıram. "Qarabağ"la oyun futbolçular arasındakı fərqi, komandadakı inkişafı görmək baxımından əhəmiyyətli idi".
Qeyd edək ki, "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Legiya" Avropa Liqasının 1/16 final mərhələsində Hollandiyanın "Ayaks" klubu ilə qarşılaşacaq.
Mənbə:qol.az
saytlarin hazirlanmasi