Kamran Ağayevin komandası çətin sınaq qarşısında

16:15 - 26 Fevral 2015

22-ci turun matçı
 
Türkiyə birinci liqasında 22-ci turun oyunları keçiriləcək. 
 
Sportal.az xəbər verir ki, Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxacaq.
 
Komanda doğma meydanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Adana Dəmirspor"la qarşılaşacaq. Matç fevralın 28-i Bakı vaxtı ilə 20:30-da başlayacaq və "TRT Spor" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 43 xalla 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti