Cavid İmamverdiyev Ufuk Budaka qarşı

15:45 - 27 Fevral 2015

22-ci turun matçı
 
Türkiyə birinci liqasında 22-ci turun oyunları keçiriləcək. 
 
Sportal.az xəbər verir ki, Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" da növbəti matçına çıxacaq.
 
Komanda doğma azarkeşlər önündə millimizin sabiq üzvü Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" ilə qarşılaşacaq. Matç martın 1-i Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 
Qeyd edək ki, "Elazığspor" turnir cədvəlində 27 xalla 10-cü, "Qaziantep BB" isə 23 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti