Mahir Şükürovun komandasından darmadağın

18:20 - 28 Fevral 2015

22-ci turun matçı
 
Türkiyə birinci liqasında 22-ci turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Mahir Şükürovun çıxş etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.
 
Komanda doğma azarkeşlər önündə "Orduspor"la qarşılaşıb. Komanda rəqibi 6:0 hesabı ilə üstələyib. Həmyerlimiz bu matçda 24 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, "Karşıyaka" turnir cədvəlində 33 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti