Kamran Ağayev ehtiyatda qaldı, komandası heç-heçə etdi

11:50 - 1 Mart 2015

XXII turun matçı

 

Türkiyə PTT I Liqasında XXII turun növbəti oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" doğma meydanda "Adana Dəmirspor"u qəbul edib. Ağayevin ehtiyatda qaldığı görüşdə 3:3 hesabı qeydə alınıb. 

 

Qeyd edək ki, "Kayserispor" 22 turdan sonra 44 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Xəbər xətti