Alman mütəxəssi Seneqal millisinin gündəmində
Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts Seneqal milli komandasını çalışdıra bilər.
Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin Seneqal Futbol Federasiyasının namizədləri sırasında olduğu bildirilir.
Qeyd edək ki, Seneqal yığması Afrika Kubokundakı uğursuz çıxışı nəticəsində baş məşqçi Alen Jiresslə yollarını ayırmışdı.
saytlarin hazirlanmasi