Prosineçki izlədi, Şükürovlu "Karşıyaka" şou göstərdi VİDEO

16:40 - 1 Mart 2015

22-ci turun
 
Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Orduspor"la qarşılaşıb. Matç həmyerlimizin klubunun 6:0 hesablı qələbəsiylə başa çatıb. Mahir bu görüşün 66-cı dəqiqəsində meydana çıxıb.
 
Qeyd edək ki, bu matçı Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin də izləyib.
 
Qeyd edək ki, "Karşıyaka" hazırda 33 xalla 5-ci pillədə qərarlaşıb.
 

Xəbər xətti