1/4 final mərhələsi
Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Mübarizəni davam etdirəcək 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb.
Sportal.az PFL-in saytına istinadən üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir:
1/4 final mərhələsi
İlk oyunlar
4 mart
11. "Neftçi" – AZAL – indiyədək görüşməyiblər
12. "İnter" - "Xəzər Lənkəran" – 8 oyun, +2=3-3, top fərqi 8:10
6-cı dəfə kubokda yolları kəsişən komandalar 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik “Xəzər Lənkəran” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma “İnter” son 3 oyunda rəqibinə uduzmayıb.
2004/05 |
1/2 final |
İnter (Bakı) - Xəzər-Lənkəran |
2:1, 1:1 |
2006/07 |
1/2 final |
İnter (Bakı) - Xəzər-Lənkəran |
0:1, 0:1 |
2007/08 |
final |
Xəzər-Lənkəran - İnter (Bakı) |
2:0 |
2010/11 |
final |
Xəzər Lənkəran - İnter (Bakı) |
1:1, pen. 4:2 |
2011/12 |
1/4 final |
İnter (Bakı) - Xəzər Lənkəran |
3:2, 1:1 |
13. "Qarabağ" - "Bakı" – 8 oyun, +5=2-1, top fərqi 10:5
Əvvəlki 4 dueldən yalnız birində mərhələ adlayan “Bakı” cəmi 1 matçda qələbə qazanıb. Böyük üstünlüyə malik “Qarabağ” son 3 ev oyununda qol buraxıb.
1997/98 |
1/4 final |
Dinamo (Bakı) - Qarabağ (Ağdam) |
0:0, 0:2 |
2005/06 |
1/4 final |
Qarabağ (Ağdam) - Bakı |
3:2, 0:0 |
2008/09 |
1/2 final |
Bakı - Qarabağ (Ağdam) |
1:2, 1:2 |
2011/12 |
1/2 final |
Bakı - Qarabağ (Ağdam) |
0:1, 1:0, p.5:4 |
14. "Qəbələ" - "Simurq" – 2 oyun, +1=0-1, top fərqi 2:2
Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gələcək. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran “Qəbələ” mərhələ adlayıb.
2007/08 |
1/8 final |
Qəbələ - Simurq (Zaqatala) |
1:0, 1:2 |