Yarımmüdafiəçi sıraya dönür
Topaz Premyer Liqasının 25-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" yarımmüdafiəçisindən şad xəbər alıb.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, Tərzin Cahangirov zədəsini tam olaraq sağaldıb. Sabahdan komanda ilə birlikdə məşqlərə başlayacaq futbolçunun "Qəbələ"yə qarşı matçda iştirak edəcəyi ehtimal olunur.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu martın 8-də keçiriləcək.
saytlarin hazirlanmasi