Əfsanədən derbi mesajı FOTO

20:15 - 2 Mart 2015

"Belə bir oyun üçün darıxıram"

 

Türkiyə Superliqasının növbəti turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçına maraq böyükdür.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça"nın sabiq üzvü, bir müddət əvvəl karyerasını bitirmiş Aleks de Souza derbi öncəsi öz "instagram" hesabından keçmiş günlər üçün darıxdığını dilə gətirdi. Belə ki, azarkeşlərə səslənərək "Bu derbidən həzz alın" deyən əfsanəvi futbolçu sabiq komanda yoldaşlarına da dəstək olub.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" matçı martın 8-i Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Xəbər xətti