"Sumqayıt" "Qəbələ" üçün başladı

14:12 - 3 Mart 2015

Cahangirov məşqdə iştirak etmədi
 
"Sumqayıt" FK "Qəbələ" ilə oyunun hazırlığına başlayıb
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın 25-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu istirahəti başa vuraraq hazırlığa başlayıb. Komanda səhər məşqində daha çox fiziki hazırlıq üzrə çalışıb. Ötən tur zədə səbəbindən "Neftçi" ilə görüşdə iştirak edə bilməyən Tərzin Cahagirov artıq fərdi məşqlərə başlayıb. Onun növbəti oyunda meydana çıxıb-çıxmayacağı məlum deyil. "Sumqayıt" FK-nun növbəti məşqi saat 16:30-da olacaq. Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" martın 8-də keçiriləcək.

Xəbər xətti