"Qalatasaray"la oyunöncəsi "Fənərbaxçada" ciddi itkilər

19:25 - 3 Mart 2015

Alper və Hasan Ali derbidən kənar qalacaq
 
Türkiyənin "Fənərbaxça" klubu ciddi itkilərə məruz qalıb.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Alper Potuk və Hasan Ali Kaldırım zədəli olduqları üçün "Qalatasaray"la matçda iştirak etməyəcəklər.
 
Futbolçuların yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. 
 
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" matçı martın 8-i keçiriləcək.

Xəbər xətti