Çempionatın bombardiri Respublika stadionunda
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Bakı" səfərdə "Qarabağ"la qarşılaşıb.
Sportal.az xəbər verir ki, komanda bu görüşdə 0:3 hesabı ilə məğlub olub. Paytaxt təmsilçisinin hücumçusu və Premyer Lİqanın bombardiri Nurlan Novruzov cəzalı olduğu üçün bu qarşılaşmada iştirak etməyib.
Ancaq gənc hücumçu komandasını tək qoymayıb və matçı stadiondan izləyib.