İbrahim Uzunca: "Qarabağ" Azərbaycanın qürurudur"

19:25 - 4 Mart 2015

"Təşvişə düşdük və qollar buraxdıq"

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “Qarabağ” “Bakı”nı 3-0 hesabı ilə məğlub edərək, mərhələnin taleyini həll etdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:

 

"Birinci hissədə bir qədər həyəcanlı görsənirdik. Təşvişə düşdük və qollar buraxdıq. İkinci hissədə isə toparlanıb, daha cəsarətli oynadıq, öz oyunumuzu tapdıq. "Qarabağ" çox güclü komandadır. Azərbaycanın qürurudur. Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlindən gələni etdilər”.

Xəbər xətti