Kaxaber Sxadadze: "Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər"

19:50 - 4 Mart 2015

"Kubok titula gedən ən qısa yoldur"

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “İnter” “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze bunları qeyd edib:

 

"Hər zaman kubok oyunu çempionat oyunundan fərqlənir. Kubok titula gedən ən qısa yoldur. Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər. Amma Azərbaycanda belə deyil. Qızğın mübarizə gedir. “Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə  təbrik düşür. Çünki onlar gənc olmalarına baxmayaraq, bizimlə ayaqlaşırdılar. Rəqibin səhvlərindən yararlandıq. Amma buna baxmayaraq, cavab oyunu çətin olacaq. Xüsusən də, oyunun əvvələri çətin keçəcək”

Xəbər xətti