Elbrus Məmmədov: "Mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər"

19:55 - 4 Mart 2015

"Hesab edirəm ki..."

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununda “İnter” “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov bunları qeyd edib:

 

"Kubok oyunudu. Cavab qarşılaşmasını gözləmək lazımdı. Düzdür, biz səfərdə iki qol buraxdıq. İki qol buraxdıqdan sonra ola bilər ki, mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər. Amma mərhələni keçmək bizim tapşırığımızdır. Hesab edirəm ki, bu tapşırıq həll olunmayanlardan deyil”. 

Xəbər xətti