"Futbolçulara tapşırmışdım ki..."
Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – AZAL oyununda qapılara qol vurulmadı.
Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
"Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdı. Bilirdim ki, gözəl oyun olmayacaq. Odur ki, futbolçulardan sırf nəticə tələb etmişdim. Düzdür, qol vura bilmədik. Amma komandanın oyunundan razı qaldım. Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Düzdür, mən 1 həftə Bakıda olmamışam. Buna rəğmən, komanda proqram əsasında çalışıb. Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdur”.
saytlarin hazirlanmasi