Georgi Çixradze: "Kubok oyunları çətin olur"

21:45 - 4 Mart 2015

"Növbəti mərhələyə adlamaq üçün..."

 

Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunlarına Qəbələdə yekun vuruldu. Həmin oyunda “Simurq” “Qəbələ”ni 3-0 hesabı ilə məğlub etdi. 

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze qələbəni belə şərh edib:

 

"Mən öz futbolçularımı təbrik edirəm. Kubok oyunları çətin olur. Çünki nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıyıq. Düzdür, ilk oyunda 3 qol vurduq. Amma qarşıda cavab oyunu var. Növbəti mərhələyə adlamaq üçün cavab matçında da qələbə qazanmaq lazımdır”. 

Xəbər xətti