Təlim-məşq toplanışında
“Neftçi” PFK-nın yetirmələrindən 2-si Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət olunub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mirkamil Haşımlı və Fəhmin Muradbəyli U-19-un heyətində martın 14-dən 21-dək Almaniyanın Hoysenştamm şəhərində keçiriləcək təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, U-19 yığmamız daha sonra martın 22-dən aprelin 1-dək Fransanın Kan şəhərindəU-19 Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək.
saytlarin hazirlanmasi