Asiya Çempionlar Liqası
	 
	Dünən Asiya Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları baş tutub. 
	 
	Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu doğma azarkeşlər önündə Dubayın "Əl-Əhli" klubu ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
	 
	Qeyd edək ki, Təbriz təmsilçisi qrupdakı ilk oyunda səfərdə Özbəkistanın "Nəsəf Qərşi" klubuna 1:2 hesabı ilə məğlub olub.
                      
saytlarin hazirlanmasi