Sneyderdən "Fənərbaxça"lı azarkeşlərə mesaj

20:00 - 5 Mart 2015

Hollandiyalı ulduz yenə də Volkana qol vurmaq istəyir
 
"Qalatasaray"ın hollandiyalı üzvü Uesli Sneyder Superliqanın 23-cü turu çərçivəsində "Fənərbaxça" ilə derbi matçı öncəsi maraqlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Fənərbaxça" azarkeşlərinin onu qorxutmadığını deyib:
 
"Bazar günü yenidən Volkan Dəmirəllə üz-üzə gələcəm. Ona bu dəfə də qol vurmaq istəyirəm. Bu derbidə qələbə qazanmaq bizim üçün çox önəmlidir. "Fənərbaxça"nın çox çılğın azarkeşləri olduğunu bilirəm. Ancaq bu məni qorxutmur. Çünki karyeram ərzində belə fanatlar qarşısında çox oyunlar keçirmişəm".
 
Martın 8-də, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti