"Real" braziliyalını heyətinə qatmağa hazırlaşır
	 
	Falkao, Halk, Manqala və Xames Rodriges kimi futbolçuları Avropa nəhənglərinə bəxş edən “Portu” klubunun daha bir ulduzuna müştəri çıxıb. 
	 
	Sportal.az xəbər verir ki, Madrid “Real”ı Portuqaliya təmsilçisinin aparıcı üzvü  Danilonu heyətinə qatmağa hazırlaşır. 
	 
	23 yaşlı braziliyalı sağ cinah müdafiəçiylə danışıqlar aparan madridlilər demək olar ki, futbolçunun razılığını alıblar. Sadəcə transferrin gerçəkləşməsi üçün tərəflərin maliyyə məsələsində razılığa gəlməsi qalır. Sadəcə “Portu”nun  futbolçunun transferinə görə qarşı tərəfdən 40 milyon avro istəməsi Danilonun keçidini bir qədər yubada bilər.
                      
saytlarin hazirlanmasi