"Qəbələ" "Sumqayıt"la heç-heçə etdi

17:15 - 7 Mart 2015

XXV turun matçı

 
Bu gün əvəzedicilərin çempionatında XXV turun oyunları keçirilib.
 
 
Sportal.az xəbər verir ki, oyunları eyni gündə baş tutan turda “Qəbələ” “Sumqayıt”la qarşılaşıb. Mövsümün ilk yarısında baş tutan iki oyunda rəqibini eyni hesabla (3:1) məğlub edən “qırmızı-qaralar” bu dəfə də meydana 3 xal üçün çıxıb.
 
 
Luis Araqonun yetirmələri matça fəal başlayıb, erkən qolla hesabda önə keçib. Ardıcıl ikinci qarşılaşmada qol sevinci yaşayan Mirəli Məmmədzadə komandamızı hesabda önə çıxarıb. Ardıcıl 6-cı görüşdə meydanı qolsuz tərk etməyən əvəzedicilər bu üstünlüyünü qorumağı bacarmayıb. Belə ki, qonaqlar fasiləyədək hesabda tarazlıq yarada bilib. Mikayıl Rəhimov 11 metrlik cərimə zərbəsindən bərabərlik qoluna imza atıb. Bundan sonra “qırmızı-qaralar” qələbə qolunu vurmaq üçün irəli atılsa da, yaradılan imkanlardan istifadə edə bilməyib. 
 
 
“Qəbələ” – “Sumqayıt” – 1:1
(Mirəli Məmmədzadə, 8 // Mikayıl Rəhimov, 31 (p.)

Xəbər xətti