Rail Məlikovun komandası doğma meydanda məyus oldu

18:05 - 7 Mart 2015

XXIII turun matçı
 
Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" da növbəti matçına çıxıb. Komanda doğma azarkeşlər önündə "Alanyaspor"la qarşılaşıb.
 
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Rail bu qarşılaşmanı ehtiyat oyunçular sırasından izləyib. 
 
Qeyd edək ki, "Dənizlispor" turnir cədvəlində 18 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti