"Qalatasaray" 5555 günlük həsrətə son verə biləcəkmi?

02:52 - 8 Mart 2015

Komandaların meydanda bu heyətlə çıxacağı gözlənilir
 
Türkiyə Superliqasında 23-cu turu çərçivəsində bu gün iki əzəli rəqib "Fənərbaxça" və "Qalatasaray" üz-üzə gələcək. Şükrü Saracoğlu stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək və matçı FİFA hakimi Cüneyt Çakır idarə edəcək.
 
Sportal.az derbi haqda bir neçə maraqlı faktları təqdim edir:
 
Bu oyunda klublar arasındakı razılaşmaya əsasən "Qalatasaray" azarkeşləri iştirak etməyəcək, meydan sahiblərinə ayrılan biletlərin isə artıq hamısı satılıb. 
 
 
Hazırda "Qalatasaray" 51 xalla lider, "Fənərbaxça" isə 47 xalla 3-cü yerdə qərarlaşıb.  Mövsümün ilk dövrəsindəki oyunu "sarı-qırmızılılar" 2:1 hesabı ilə qazanmışdı.
 
 
Son iki turda 5 xal itirən "Fənərbaxça" bu oyunda qələbə qazanaraq liderlik yarışında mübarizəni davam etdirmək istəyir.
 
 
"Fənərbaxça" bu mövsüm baş məşqçisi İsmail Kartalla 18 matçda məğlub olmayıb. Meydan sahiblərinin heytində iki futbolçu Hasan Ali Kaldırım və Alper Potuk zədə səbəbindən bu matçı buraxmalı olacaq.
 
"Qalatasaray" isə liqada ardıcıl 4 oyundur qələbə qazanır. "Sarı-qırmızılar" bu oyunda qələbə qazanaraq 5555 günlük "Fənərbaxça"nı səfərdə məğlub etmək tilsimini qırmaq istəyir.  "Cim-Bom"un heyətində yeganə itki zədəli Felipe Melodu.
 
 
Derbidə komandaların bu heyətlərlə meydana çıxmağı gözlənilir:
 
 
"Fənərbaxça": Volkan Demirel, Gökhan Gönül , Egemen Korkmaz, Bruno Alves, Caner Erkin , Mehmet Topal, Raul Meireles, Emre Belezoğlu , Kuyt, Sow, Emenike
 
"Qalatasaray": Fernando Muslera, Sabri Sarığlu, Semih Kaya , Şedcu, Aleks Telles, Hamit, Selçuk, Sneyder, Yasin, Umut, Burak

Xəbər xətti