Cavid İmamverdiyev oynadı, Subaşiçin komandası qələbə qazandı

20:10 - 8 Mart 2015

23-cü turun matçı
 
Türkiyə PTT1-ci liqasında 23-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" da növbəti matçına çıxıb. Komanda səfərdə millimizin sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor"la qarşılaşıb.
 
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavid bu qarşılaşmada 90 dəqiqə meydanda olub. Subaşiç isə 60-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Elazığspor" turnir cədvəlində 27 xalla 23-cü, "Manisaspor" isə 23 xalla 15-ci pillədə qərarlaşıb. 

Xəbər xətti