Vaqif Cavadovun komandasından səfər qələbəsi

20:20 - 8 Mart 2015

23-cü turun matçı
 
Türkiyə PTT1-ci liqasında 23-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Vaqif Cavadovun çıxış etdiyi "Boluspor" da növbəti matçına çıxıb. Komanda səfərdə "Altınordu" ilə qarşılaşıb.
 
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz bu qarşılaşmanı ehtiyat oyunçular sırasından izləyib.
 
Qeyd edək ki, "Boluspor" turnir cədvəlində 31 xalla 9-cü pillədə qərarlaşıb.

Xəbər xətti