16 illik biabırçılıq davam edir: "Qalatasaray" yenə qalib gələ bilmədi

00:06 - 9 Mart 2015

Kuytdan "Fənərbaxça"ya həyat verən qol
 
Dünən Türkiyə superliqasında 23-cü turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, turun ən maraqla gözlənilən oyunu İstanbulda baş tutub. 
 
Burada əzəli rəqiblər – “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gəlib. “Şükrü Saracoğlu” stadionunda oynanılan matç "Fənərbaxça"nın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Bu məğlubiyyətlə 16 ildir ki, "Qalatasaray" əzəli rəqibini səfərdə məğlub edə bilmir.
 
Bu qalibiyyətlə "Fənərbaxça" lider "Qalatasaray"la xal fərqini birə endirib.
 
 
8 mart
 
Türkiyə superliqası, 23-cü tur
 
21:00.”Fənərbaxça” – “Qalatasaray” - 1:0 
Qol: Kuyt, 81 

Xəbər xətti